Ana Sayfa > Ölkə > Kəlbəcərin Ağcakənd kəndində 34 ildən sonra ilk toy məclisi keçirildi
Kəlbəcərin Ağcakənd kəndində 34 ildən sonra ilk toy məclisi keçirildiBu gün, 16:17. Yazar: vasif |
![]() Kəlbəcər rayonunun Ağcakənd kəndində 34 illik fasilədən sonra ilk toy məclisi təşkil olunub. aia.az xəbər verir ki, kənd sakini Saməddin Orucov oğlu Muradın kiçik toy məclisini doğma Ağcakənd kəndində keçirərək uzun illərdən sonra kəndə yenidən toy sevinci gətirib. Məclisə Ağcakənd sakinləri ilə yanaşı, ətraf kəndlərdə arıçılıq, heyvandarlıq və digər təsərrüfat sahələri ilə məşğul olan insanlar da qatılıblar. Böyük coşğu ilə qarşılanan toy şənliyi işğaldan əvvəl Ağcakənddə formalaşmış adət-ənənələrə uyğun təşkil edilib. Milli musiqilər, yallılar və kəndin qədim toy ənənələri məclisə xüsusi rəng qatıb. 34 ildən sonra Ağcakənddə keçirilən ilk toy kənd sakinləri tərəfindən təkcə bir ailənin sevinci deyil, həm də doğma yurda qayıdışın, həyatın yenidən canlanmasının və el-obanın dirçəlişinin rəmzi kimi dəyərləndirilib. Geri dön |