Ana Sayfa > Dünya > SON DƏQİQƏ! Paşinyan istefa verdi
SON DƏQİQƏ! Paşinyan istefa verdiBu gün, 14:09. Yazar: vasif |
![]() Ermənistanda Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumət səlahiyyətlərini rəsmən dayandırıb. Qərar ölkədə yeni seçilmiş parlamentin ilk iclasının keçirilməsi ilə əlaqədar qəbul edilib. aia.az xəbər verir ki, məlumata görə, hökumətin istefası ilə bağlı fərmanı Ermənistan Prezidenti Vaaqn Xaçaturyan imzalayıb. Bununla Nazirlər Kabineti yeni hökumət formalaşdırılanadək fəaliyyətini müvəqqəti olaraq davam etdirəcək. Nikol Paşinyan bundan əvvəl keçirdiyi hökumət iclasında bunun Nazirlər Kabinetinin son toplantısı olduğunu bildirmiş və yeni parlament fəaliyyətə başladıqdan sonra hökumətin istefa verəcəyini açıqlamışdı. İyunun 7-də keçirilən parlament seçkilərində Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası səslərin 49,74 faizini toplayaraq parlamentdə çoxluğu təmin edib. Seçkilərin nəticələrinə əsasən, partiya yeni hökuməti formalaşdırmaq hüququ qazanıb. Ermənistan qanunvericiliyinə uyğun olaraq, yeni parlament fəaliyyətə başladıqdan sonra əvvəlki hökumət istefa verir. Bundan sonra parlament çoxluğunun namizədi baş nazir postuna irəli sürülür və yeni hökumətin tərkibi formalaşdırılır. Siyasi müşahidəçilərin fikrincə, parlamentdə çoxluğa malik olan Vətəndaş Müqaviləsi Partiyasının dəstəyi ilə Nikol Paşinyanın yenidən baş nazir seçilməsi gözlənilir. Geri dön |