Ana Sayfa > Dünya > TƏCİLİ! Ordular yüksək hazırlıq vəziyyətinə gətirildi - HƏR AN hücum ola bilər
TƏCİLİ! Ordular yüksək hazırlıq vəziyyətinə gətirildi - HƏR AN hücum ola bilərBu gün, 11:11. Yazar: vasif |
![]() İsrail ordusu və ABŞ hərbi qüvvələri İrana qarşı mümkün yeni hərbi əməliyyat ehtimalı fonunda hazırlıq səviyyəsini artırıb. aia.az xəbər verir ki, İsrail mediasının məlumatına görə, rəsmi Vaşinqtonun mümkün qərarı ilə bağlı qeyri-müəyyənlik davam etsə də, hər iki ölkənin ordusunda müxtəlif ssenarilər üzrə hazırlıq işləri gücləndirilib. Məlumata görə, İsrail ordusu İranın ehtimal olunan cavab hücumlarına qarşı hava hücumundan müdafiə sistemlərini və digər təhlükəsizlik tədbirlərini maksimum hazırlıq vəziyyətinə gətirib. Bununla yanaşı, İsrailin Daxili Cəbhə Komandanlığı mülki əhali üçün təhlükəsizlik qaydalarında hələlik hər hansı dəyişiklik etməyib. ABŞ Prezidenti Donald Tramp daha əvvəl İrana qarşı planlaşdırılan hücumun diplomatik səbəblərlə təxirə salındığını açıqlasa da, Vaşinqtonun hərbi variantlardan tam imtina etmədiyi bildirilir. İsrail mediası ABŞ administrasiyasının müxtəlif ssenariləri qiymətləndirdiyini və zərurət yaranacağı halda qərarın qısa müddətdə verilə biləcəyini yazır. Hazırda ABŞ tərəfindən İrana qarşı yeni hərbi əməliyyatın başlanmasına dair rəsmi qərar açıqlanmayıb. Analitiklər bildirirlər ki, bölgədə gərginlik yüksək olaraq qalsa da, hadisələrin inkişafı diplomatik təmasların nəticəsindən və tərəflərin atacağı növbəti addımlardan asılı olacaq. Geri dön |