Ana Sayfa > Dünya / Karusel > Nura: "Baxıb ürəyiniz partlasın"

Nura: "Baxıb ürəyiniz partlasın"


1-04-2017, 13:30. Yazar: admin
Nura: "Baxıb ürəyiniz partlasın"



"Camaat lap xarab olub. Haqqımda dəxlisiz, deyiləsi olmayan şeylər danışırlar".

AİA.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Nura Suri sosial şəbəkədə yazıb.

Müğənni onun arxasıyla danışanlara müraciət edib:

"Bütün gün ərzində ailəm, özüm və işlərimlə məşğul oluram. Müğənniyəm, tanımadığım 10 min adamla şəklim var, bəlkə də, çox! Rəfiqələrim, dostlarım ən az 20 il müddətində yanımda olan insanlardır. Yeni insanlarla yaxınlıq etməkdən çəkinirəm. Hər adamı yaxınıma buraxmıram. Ailəmlə daxa çox vaxtımı keçirirəm.

Onlara hörmət olaraq artıq-əksik hərəkətlər etmirəm. Heç kəsi qınamıram. Kim necə bacarırsa, elə də yaşayır. Özünüzə hörmət edin. Üzümə gülüb arxamca məni tanıyan insanlara qeybətimi edərək özünüzü yormayın. Sizin acığınıza daha da yaxşı olacam. Baxıb ürəyiniz partlasın. Bundan sonra arxamca danışanlar salam verməsin. Həmin an nə olsa təpənizdə sındıracam".

AİA.az
Geri dön