Ana Sayfa > Dünya > ŞOK QƏRAR: ABŞ-yə getmək üçün 20 min dollar depozit tələb olunacaq

ŞOK QƏRAR: ABŞ-yə getmək üçün 20 min dollar depozit tələb olunacaq


Dünən, 22:44. Yazar: vasif
ŞOK QƏRAR: ABŞ-yə getmək üçün 20 min dollar depozit tələb olunacaq


ABŞ avqustun 3-dən etibarən əvvəllər ölkədə qalma müddətini pozmuş dövlətlərin vətəndaşları üçün turistik və iş vizalarının rəsmiləşdirilməsi zamanı 20 min dollara qədər məcburi depozit tələb edəcək.

aia.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bildirişində qeyd olunub.

Keçən ilin avqust ayında ABŞ bəzi viza müraciətçilərindən depozit toplanması üzrə 12 ay müddətinə nəzərdə tutulmuş sınaq proqramına start vermişdi.

Proqram B-2 kateqoriyalı turistik və B-1 kateqoriyalı iş vizalarına şamil edilirdi. Bu çərçivədə konsulluq əməkdaşları öz mülahizələrinə əsasən 5 min, 10 min və ya 15 min dollar məbləğində girov müəyyən edə bilərdilər. Müraciətçi ABŞ-dan çıxdıqdan sonra həmin məbləğ ona geri qaytarılırdı.

Dövlət Departamentinin yenilənmiş bildirişində deyilir: "Müvəqqəti olaraq ölkəyə iş və ya turizm məqsədilə (B-1/B-2 kateqoriyaları) səfər etmək üçün viza müraciəti edən xarici vətəndaşdan qeyri-immiqrant statusuna əməl etməsi və ölkəni müəyyən olunmuş qaydada tərk etməsi zəmanəti kimi depozit ("viza girovu") ödənilməsi tələb oluna bilər. Konsulluq əməkdaşları öz mülahizələrinə əsasən vizanın verilməsi şərti kimi müvafiq qeyri-immiqrant vizası müraciətçilərindən 20 min dollara qədər girov ödənməsini tələb edə bilərlər".

Viza rəsmiləşdirilməsi zamanı girov tələb oluna biləcək ölkələrin siyahısına 50 dövlət daxil edilib. Bunların arasında 30 Afrika ölkəsi, eləcə də Qırğızıstan, Tacikistan, Türkmənistan və digər dövlətlər yer alır.

Diqqətçəkən məqamlardan biri isə Rusiyanın bu siyahıya daxil edilməməsidir.
Geri dön