Ana Sayfa > İdman > Futbol dünyası iki yerə bölündü – 55 ölkə FIFA prezidentini devirməyə hazırlaşır
Futbol dünyası iki yerə bölündü – 55 ölkə FIFA prezidentini devirməyə hazırlaşırDünən, 22:11. Yazar: vasif |
![]() Dünya futbolunun iki əsas qurumu – UEFA və FIFA arasında son illərin ən ciddi qarşıdurmalarından biri yaranıb. aia.az xəbər verir ki, mübahisəyə FIFA prezidenti Canni İnfantinonun dünya çempionatları və digər turnirlərlə bağlı kommersiya hüquqlarının bir hissəsini özəl investorlara açmaq planı səbəb olub. FIFA-nın planına əsasən, qurumun kommersiya və turnirlərlə bağlı fəaliyyətlərini birləşdirəcək yeni şirkətin yaradılması nəzərdə tutulurdu. Təxminən 20 milyard dollar dəyərində qiymətləndirilən bu strukturun 20 faizə qədər payının özəl investorlara satılması müzakirə edilirdi. UEFA bu təşəbbüsə kəskin etiraz edib. Avropa futbol qurumu bildirib ki, dünya çempionatı investisiya məhsuluna çevrilə bilməz və futbolun əsas turnirlərinin özəl kapitalın nəzarətinə verilməsi qəbuledilməzdir. UEFA-nın 55 milli assosiasiyası FIFA planının həyata keçiriləcəyi halda FIFA turnirlərini boykot etməyə hazır olduqlarını açıqlayıb. Güclü təzyiqlərdən sonra İnfantino layihədən geri çəkilib. FIFA dünya çempionatının gələcək gəlirlərində payın özəl investorlara satılması ilə bağlı planı dayandırıb. Lakin qarşıdurma bununla bitməyib. “The Telegraph”ın məlumatına görə, UEFA artıq Canni İnfantinonun FIFA prezidenti vəzifəsindən istefasını tələb edir. Əks halda onun rəhbərliyinə qarşı etimadsızlıq prosedurunun başladılması gündəmə gətiriləcək. Məlumata əsasən, UEFA-ya daxil olan 55 milli futbol assosiasiyasının hamısı bu addımı dəstəkləməyə hazırdır. Prosedurun başladılması üçün isə 43 səs kifayətdir. Geri dön |