Ana Sayfa > Siyasət / Manşet > BMT Təhlükəsizlik Şurasına sədrlik ABŞ-a keçir
BMT Təhlükəsizlik Şurasına sədrlik ABŞ-a keçir1-04-2017, 12:43. Yazar: admin |
Aprelin 1-dən etibarən BMT Təhlükəsizlik Şurasına sədrlik ABŞ-a keçir. AİA.Az report-a istinadən xəbər verir ki, quruma bir ay ərzində Birləşmiş Ştatların BMT-dəki daimi nümayəndəsi Nikki Heyli rəhbərlik edəcək. Bir müddət əvvəl ABŞ prezidenti Donald Trampın ölkəsinin BMT-yə maliyyəni azaldacağı haqqında xəbər yayılıb. Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası 15 üzvdən ibarətdir. Böyük Britaniya, Çin, Fransa, Rusiya və ABŞ Təhlükəsizlik Şurasının daimi üzvləridir. Digər 10 üzv isə qeyri-daimi üzvlərdir və onlar Baş Assambleya tərəfindən iki il müddətinə seçilir. Hər il 10 qeyri-daimi üzvdən beşi dəyişir. AİA.az Geri dön |