Ana Sayfa > Ölkə > Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanılıb
Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanılıbBu gün, 10:23. Yazar: vasif |
![]() Ötən gün ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. "aia.az" xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb. Axtarışda olduğuna görə ümumilikdə 111, o cümlədən borclu şəxs qismində axtarışda olan 80 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Geri dön |