Ana Sayfa > Ölkə > Yuxarı Şirvan suvarma kanalı partladı - Foto+Yenilənib

Yuxarı Şirvan suvarma kanalı partladı - Foto+Yenilənib


Bu gün, 20:50. Yazar: vasif
Yuxarı Şirvan suvarma kanalı partladı - Foto+Yenilənib


Göyçayda Yuxarı Şirvan suvarma kanalının rayonun Şəhadət kəndi ərazisindən keçən hissəsində (Köhnə çay yatağı) partlayış baş verib.

“Qafqazinfo” xəbər verir ki, yaşayış yerlərində subasma hadisəsi hələ ki qeydə alınmayıb.

Ərazilər tam nəzarət altındadır.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, Göyçay Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin texnikaları və canlı qüvvəsi cəlb olunub.

Hazırda baş vermiş partlayışın fəsadları aradan qaldırılır.

***

Şirvan Suvarma Kanalının İstismarı İdarəsindən verilən məlumata görə, təxminən saat 16:00 radələrində kanalda sızmanın olması nəticəsində partlayış olub.

Hadisə yerinə dərhal FHN-nin əməkdaşları, Göyçay Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin həmçinin Şirvan Suvarma Kanalının İstismarı İdarəsinin texnikaları və canlı qüvvələri, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hazırda baş vermiş partlayışın fəsadları aradan qaldırılmaqda davam edir. Subasmanın digər yaxın ərazilərə keçməsinin qarşısı alınır.
Geri dön