Ana Sayfa > Manşet / Gündəm > Azərbaycanda yeni komissiya yaradıldı –
Azərbaycanda yeni komissiya yaradıldı –Bu gün, 17:36. Yazar: Subhan |
![]() 2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılıb. aia.az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı “2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” qərarda əksini tapıb. Qərara əsasən, Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın tərkibi təsdiq edilib. Komissiyanın tərkibi aşağıdakı kimidir: Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın tərkibi Komissiyanın sədri Samir Şərifov – Azərbaycan Respublikası Baş nazirinin müavini Komissiya sədrinin müavini- Azər Mursaqulov – Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Komissiyanın üzvləri: Azərbaycan Respublikası maliyyə nazirinin müavini Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Azərbaycan Respublikası müdafiə nazirinin müavini Azərbaycan Respublikası daxili işlər nazirinin müavini Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin birinci müavini Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyəti sədrinin müavini Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini. Qərarla eyni zamanda rejimli obyektlərdə əhalinin siyahıyaalınmasının keçirilməsini təmin edən dövlət orqanlarının (qurumlarının) siyahısı da müəyyənləşib. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi - Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi - Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti - Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti - Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti - Azərbaycan Respublikasının Dövlət Mühafizə Xidməti - Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi. aia.az Geri dön |