Ana Sayfa > Cəmiyyət / Karusel > “Binə” ticarət mərkəzində yanğın - Yenilənib

“Binə” ticarət mərkəzində yanğın - Yenilənib


1-04-2017, 11:45. Yazar: admin
“Binə” ticarət mərkəzində yanğın - Yenilənib



"Binə” ticarət mərkəzində yanğının qarşısı alınıb.

AİA.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası tərəfindən söndürülüb.

***
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Qaradağ rayonunda "Binə” ticarət mərkəzində yanğının baş verməsi barədə məlumat daxil olub.

AİA.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.​

AİA.az
Geri dön