Ana Sayfa > Özəl > İsrail Qəzza ilə bağlı 15 bəndlik təklifə etirazlarını açıqlayıb

İsrail Qəzza ilə bağlı 15 bəndlik təklifə etirazlarını açıqlayıb


Bu gün, 19:16. Yazar: vasif
İsrail Qəzza ilə bağlı 15 bəndlik təklifə etirazlarını açıqlayıb



İsrail hökuməti Qəzza zolağındakı münaqişənin nizamlanması ilə bağlı müzakirə olunan 15 bəndlik planın bəzi müddəalarına etiraz etdiyini bildirib. Bu barədə İsrail Baş nazirinin mətbuat xidməti açıqlama yayıb.
Rəsmi məlumata görə, İsrail öz mövqeyini ABŞ-nin xüsusi nümayəndəsi Toni Blerə çatdırıb. Açıqlamada qeyd olunur ki, ölkə Qəzzada istənilən siyasi və ya təhlükəsizlik prosesinin başlanması üçün HƏMAS-ın tam tərksilah edilməsini, silahların bölgədən çıxarılmasını və Qəzza zolağının tam demilitarizasiyasını əsas şərt hesab edir.
İsrail tərəfi bildirir ki, hazırda müzakirə olunan 15 bəndlik sənəd bu tələbləri onların qənaətincə kifayət qədər əks etdirmir. Məhz buna görə də rəsmi Tel-Əviv planla bağlı iradlarını ABŞ tərəfinə təqdim edib.
Baş nazirin mətbuat xidmətinin açıqlamasında həmçinin qeyd edilir ki, HƏMAS tərksilah olunmayana və Qəzza zolağının demilitarizasiyası təmin edilməyənə qədər İsrail ordusu bölgədəki mövqelərində dəyişiklik etməyəcək. Bildirilir ki, bu müddət ərzində qoşunlar "sarı xətt" adlandırılan mövqelərdən geri çəkilməyəcək.
Hazırda 15 bəndlik planın tam məzmunu və tərəflər arasında aparılan danışıqların nəticələri barədə rəsmi məlumat açıqlanmayıb. İsrailin bəyanatına HƏMAS və vasitəçi tərəflərin münasibəti də hələlik məlum deyil.
Geri dön