Ana Sayfa > İdman > UEFA reytinqi:

UEFA reytinqi:


Bu gün, 10:51. Yazar: Subhan
UEFA reytinqi:

Azərbaycan klubları avrokubokların ilk iki təsnifat mərhələlərində UEFA reytinqinə 2,625 xal qazandırıb.

Peşəkar Futbol Liqasından aia.az-a bildirilib ki, bu, ölkə futbolu tarixində ilk iki mərhələ üçün ən yaxşı nəticədir.

İndiyədək təmsilçilərimiz ilk iki raundda ən yaxşı nəticəni 2017/2018-ci illər mövsümündə göstərmişdi. Həmin vaxt bu göstərici 2,250-yə bərabər olub.

Qeyd edək ki, cari mövsümdə ölkəmiz üçün “Sabah” 1,000, “Qarabağ” 0,750+, “Zirə” 0,625 xal, “Neftçi” 0,250 əmsal əldə edib.

aia.az
Geri dön