Ana Sayfa > Manşet / Siyasət > “Biz bu məsuliyyətə hazırıq” -

“Biz bu məsuliyyətə hazırıq” -


Bu gün, 10:19. Yazar: Subhan
“Biz bu məsuliyyətə hazırıq” -

“Bu gün biz Sizinlə qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsinə birgə səylərimizi bir daha nümayiş etdirərək, dövlətlərarası münasibətlərimizi ən yüksək səviyyəyə qaldırdıq”.

aia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarov ilə mətbuata birgə bəyanatında bildirib.

“Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq. Biz bütün təşəbbüslərdə - həm beynəlxalq platformalarda, həm də iqtisadi-ticari sahədə və təhlükəsizliyin möhkəmləndirilməsində bir-birimizi bundan sonra da dəstəkləyəcəyik”, - dövlət başçısı vurğulayıb.

***

Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət edib.

“Öz tərəfimdən, uyğun hesab etdiyiniz vaxtda Sizi yenidən Azərbaycana dövlət səfərinə dəvət edirəm”, - Prezident vurğulayıb.

***

Dövlət başçısı qeyd edib ki, Azərbaycan və Qırğızıstan Birgə İnvestisiya Fondunun maliyyə imkanlarını ikiqat artıraraq 200 milyon dollara çatdırmaq barədə razılığa gəliblər.

“Bu gün biz Azərbaycan-Qırğız İnvestisiya Fondunun maliyyə imkanlarını ikiqat artıraraq 200 milyon dollara çatdırmaq barədə razılığa gəldik. Əminəm ki, bu, son hədd deyil, çünki Fondun fəaliyyəti ilə bağlı aldığımız təqdimat onun konkret məzmunla zənginləşdirildiyini göstərir”, - Prezident vurğulayıb.

aia.az
Geri dön