Ana Sayfa > İdman > "Qarabağ" Konfrans Liqasında "Dinamo" ilə qarşılaşacaq

"Qarabağ" Konfrans Liqasında "Dinamo" ilə qarşılaşacaq


Bu gün, 09:00. Yazar: Subhan
"Qarabağ" Konfrans Liqasında "Dinamo" ilə qarşılaşacaq

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın rəqibi Ukraynanın "Dinamo" (Kiyev) klubu olacaq.

aia.az-ın məlumatına görə, Ağdam təmsilçisi UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstanın ÇSKA (Sofiya) klubuna penaltilər seriyasında 4:5 hesabı ilə uduzaraq mübarizəni Konfrans Liqasında davam etdirmək hüququ qazanıb.

"Dinamo" (Kiyev) isə UEFA Avropa Liqasının II təsnifat mərhələsində Yunanıstanın PAOK komandası ilə qarşılaşıb. Ukrayna təmsilçisi iki oyunun nəticəsinə əsasən 2:5 hesabı ilə məğlub olaraq Avropa Liqası ilə vidalaşıb və Konfrans Liqasına yuvarlanıb.

Beləliklə, UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Qarabağ" və "Dinamo" (Kiyev) üz-üzə gələcək.

Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları avqustun 6-da, cavab görüşləri isə avqustun 13-də keçiriləcək.


aia.az
Geri dön