Ana Sayfa > Ölkə > "44" bədii filmi üzərində iş yekunlaşıb
"44" bədii filmi üzərində iş yekunlaşıbBu gün, 20:20. Yazar: vasif |
![]() "44" bədii filmi üzərində iş yekunlaşıb. aia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov sosial şəbəkə hesabında paylaşım edib. Qeyd olunub ki, filmin ərsəyə gəlməsində iştirak edən peşəkar yaradıcı heyət, çəkiliş qrupu, aktyorlar və müxtəlif sahələr üzrə çoxsaylı mütəxəssislərlə birlikdə böyük bir yol qət edilib. Paylaşımda deyilir: "Səbirlərinə, fədakarlıqlarına, həmrəyliklərinə və ümumi işə verdikləri töhfəyə görə onlara minnətdaram! Həmçinin bu müddət ərzində bizi xoş sözlərlə dəstəkləyən hər kəsə təşəkkürümüzü bildirmək istərdik, çünki layihə məsuliyyətli idi və onun həyata keçirilməsi heç də asan olmadı. Filmlə bağlı detalları və daha ətraflı məlumatı premyeraya yaxın bölüşəcəyik. Premyera bu ilin payızında nəzərdə tutulub. Filmin treyleri növbəti paylaşımımızda təqdim olunacaq".
Geri dön |