Ana Sayfa > Ölkə > Lənkəranda 11 otaqlı yaşayış evində YANĞIN - FOTOLAR

Lənkəranda 11 otaqlı yaşayış evində YANĞIN - FOTOLAR


Bu gün, 15:52. Yazar: vasif
Lənkəranda 11 otaqlı yaşayış evində YANĞIN - FOTOLAR


Lənkəranda fərdi yaşayış evində yanğın baş verib.

Hadisə rayonun Viyən kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 49 yaşlı İlham Ələsgər oğlu Hüseynova məxsus ümumi sahəsi 480 kvadratmetr olan 11 otaqlı fərdi yaşayış evinin ikinci mərtəbəsində yanğın başlayıb.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə məlumat daxil olduqdan sonra əraziyə Lənkəran Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən texnikası və 14 nəfər şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində evin dam örtüyünün yanar konstruksiyaları yanıb. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov söndürülərək ətraf ərazilərə yayılmasının qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.//APA


Geri dön