Ana Sayfa > Özəl > "Hamal" serialının aktyor heyəti genişlənir: Daha səkkiz məşhur ad layihəyə qoşuldu

"Hamal" serialının aktyor heyəti genişlənir: Daha səkkiz məşhur ad layihəyə qoşuldu


Dünən, 21:43. Yazar: vasif
"Hamal" serialının aktyor heyəti genişlənir: Daha səkkiz məşhur ad layihəyə qoşuldu



Türkiyədə ATV kanalında yayımlanacaq və yeni televiziya mövsümünün diqqət çəkən layihələrindən biri hesab olunan "Hamal" serialının hazırlıq prosesi davam edir. Baş rollarını Oktay Kaynarca və Fahriye Evcənin canlandıracağı ekran əsərinin aktyor heyətinə yeni tanınmış simalar daxil edilib.
Məlumata görə, çəkilişlərinə sentyabr ayında başlanılması planlaşdırılan kriminal dram janrlı serialın ssenarisi Oktay Kaynarca tərəfindən hazırlanıb. Layihənin İstanbulun tarixi məhəllələrində lentə alınacağı bildirilir.
Serialın yaradıcı heyəti aktyor heyətinin daha səkkiz məşhur sənətçi ilə gücləndirildiyini açıqlayıb. Layihədə Erdal Özyağcılar, Sarp Akkaya, Burak Tozkoparan, Ozan Akbaba, Eren Vurdem, İncinur Daşdəmir, Görkem Sevindik və Pelin Akil də rol alacaqlar.
Ekran əsərində Oktay Kaynarca "Hamal Halil", Fahriye Evcen isə "Məryəm" obrazını canlandıracaq. Serialın süjeti kriminal hadisələr fonunda inkişaf edəcək və İstanbulun tarixi atmosferi ekran işinin əsas məkanlarından biri olacaq.
Güclü aktyor heyəti və mövzusu ilə diqqət çəkən "Hamal" serialının yeni televiziya mövsümünün iddialı layihələri sırasında yer alacağı və tamaşaçıların böyük marağına səbəb olacağı gözlənilir.
Geri dön