Ana Sayfa > Özəl > Səudiyyə Ərəbistanı Qırmızı dənizdə yeni təhlükəsizlik koalisiyası elan edə bilər

Səudiyyə Ərəbistanı Qırmızı dənizdə yeni təhlükəsizlik koalisiyası elan edə bilər


Bu gün, 20:49. Yazar: vasif
Səudiyyə Ərəbistanı Qırmızı dənizdə yeni təhlükəsizlik koalisiyası elan edə bilər



Səudiyyə Ərəbistanının Qırmızı dənizdə dəniz nəqliyyatının təhlükəsizliyini təmin etmək məqsədilə yeni çoxmillətli hərbi koalisiyanın yaradıldığını yaxın günlərdə elan edə biləcəyi bildirilir. Bu barədə Al-Monitor nəşri məlumatlı mənbələrə istinadən yazıb.
Nəşrin məlumatına görə, təşəbbüsün əsas məqsədi Yəməndə fəaliyyət göstərən husi hərəkatının Bab əl-Məndəb boğazında beynəlxalq gəmiçiliyə yaratdığı təhlükələrin qarşısını almaqdır. Bildirilir ki, yaradılması planlaşdırılan koalisiyanın qərargahı Ər-Riyadda yerləşəcək və ona Səudiyyə Ərəbistanı rəhbərlik edəcək.
Al-Monitor-un yazdığına görə, layihəyə ABŞ, Misir, Pakistan, Türkiyə, Qətər, Bəhreyn, Küveyt, Cibuti, Somali və Sudan da daxil olmaqla 50-yə yaxın ölkənin qoşulması üçün dəvət göndərilib. Bununla belə, mənbələr ABŞ administrasiyasının iştirakla bağlı hələ yekun qərar vermədiyini bildirirlər.
Nəşr qeyd edir ki, Fransa, Almaniya və İtaliya da mümkün iştirak barədə qərar qəbul etməzdən əvvəl Vaşinqtonun mövqeyini gözləyir. Məlumata görə, Oman İranla vasitəçilik rolunu qorumaq istədiyi üçün koalisiyaya qoşulmaya bilər.
Al-Monitor həmçinin yazır ki, hazırkı mərhələdə Birləşmiş Ərəb Əmirliklərinə rəsmi dəvət göndərildiyi barədə məlumat yoxdur. Bununla yanaşı, koalisiyanın yaradılması və iştirakçı ölkələrin yekun siyahısı ilə bağlı Səudiyyə Ərəbistanı və adı çəkilən dövlətlər tərəfindən hələlik rəsmi açıqlama verilməyib.
Geri dön