Ana Sayfa > Özəl > The Guardian: Böyük Britaniya nüvə sualtı donanmasının yenilənməsini sürətləndirir

The Guardian: Böyük Britaniya nüvə sualtı donanmasının yenilənməsini sürətləndirir


Bu gün, 19:24. Yazar: vasif
The Guardian: Böyük Britaniya nüvə sualtı donanmasının yenilənməsini sürətləndirir



Böyük Britaniyanın Baş naziri Endi Börnhem ölkənin nüvə çəkindirmə potensialının yenilənməsi çərçivəsində həyata keçirilən yeni sualtı qayıq proqramına dəstəyini ifadə edib. Bu barədə The Guardian qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, Baş nazir ölkənin təhlükəsizliyinin yalnız hərbi texnikanın yenilənməsindən deyil, həm də müdafiə sənayesinin inkişafından və yerli istehsal imkanlarının gücləndirilməsindən asılı olduğunu bildirib. Onun sözlərinə görə, müdafiə layihələri həm milli təhlükəsizliyə, həm də iqtisadi inkişafa töhfə verməlidir.
Məlumata əsasən, Endi Börnhemin iyulun 30-da İngiltərənin şimal-qərbində yerləşən Barrou-in-Ferness şəhərinə səfəri planlaşdırılır. Burada BAE Systems şirkətinin Dreadnought sinifli nüvə sualtı qayıqlarının inşa edildiyi əsas gəmiqayırma zavodu fəaliyyət göstərir.
The Guardian qeyd edir ki, hökumət müdafiə sifarişlərini artırmaqla ölkənin sənaye istehsalını genişləndirməyi və strateji hərbi layihələrə investisiyaları artırmağı hədəfləyir.
Hazırda Böyük Britaniyanın nüvə çəkindirmə qüvvələri Trident II (D5) ballistik raketləri ilə silahlanmış dörd Vanguard sinifli sualtı qayıqdan ibarətdir. Rəsmi planlara əsasən, 1990-cı illərdə istismara verilmiş bu platformalar 2030-cu illərin əvvəlindən etibarən mərhələli şəkildə yeni nəsil Dreadnought sinifli sualtı qayıqlarla əvəz olunacaq.
Geri dön