Ana Sayfa > Dünya > “Eurovision - 2017” müsabiqəsində ölkələrin çıxışetmə ardıcıllığı müəyyənləşib
“Eurovision - 2017” müsabiqəsində ölkələrin çıxışetmə ardıcıllığı müəyyənləşib31-03-2017, 16:32. Yazar: admin |
Bu ilin may ayında Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək "Eurovision - 2017”mahnı müsabiqəsinin yarımfinalı ilə bağlı püşkatma keçirilib. Adalet.az xəbər verir ki, yarışda Azərbaycanı "Skeletons”("Skeletlər”) mahnısı ilə təmsil edəcək Diana Hacıyeva (DiHaj) ilk yarımfinalda 8-ci çıxış edəcək. Ümumiyyətlə, mayın 9-da keçiriləcək ilk yarımfinalda bu ölkələrin nümayəndələri mahnılarını təqdim edəcəklər: 1. İsveç, 2. Gürcüstan, 3. Avstraliya, 4. Albaniya, 5. Belçika, 6. Monteneqro, 7. Finlandiya, 8. AZƏRBAYCAN, 9. Portuqaliya, 10. Yunanıstan, 11. Polşa, 12. Moldova, 13. İslandiya, 14. Çexiya, 15. Kipr, 16. Ermənistan, 17. Sloveniya, 18. Latviya. Mayın 11-də baş tutacaq ikinci yarımfinalda isə iştirakçı ölkələr bu qaydada səhnəyə çıxacaq: 1. Serbiya, 2. Avstriya, 3. Rusiya, 4. Makedoniya, 5. Malta, 6. Rumıniya, 7. Hollandiya, 8. Macarıstan, 9. Danimarka, 10. İrlandiya, 11. San-Marino, 12. Xorvatiya, 13. Norveç, 14. İsveçrə, 15. Belarus, 16. Bolqarıstan, 17. Litva, 18. Estoniya, 19. İsrail. Müsabiqənin qaydalarına görə, qalib ölkə, eləcə də müsabiqənin yaradıcı üzvləri birbaşa finala vəsiqə qazanır. AİA.az Geri dön |