Ana Sayfa > Özəl > Ukrayna HHQ: F-16 qırıcı təyyarəsi döyüş tapşırığı zamanı qəzaya uğrayıb

Ukrayna HHQ: F-16 qırıcı təyyarəsi döyüş tapşırığı zamanı qəzaya uğrayıb


Bu gün, 11:09. Yazar: vasif
Ukrayna HHQ: F-16 qırıcı təyyarəsi döyüş tapşırığı zamanı qəzaya uğrayıb




Ukrayna Hərbi Hava Qüvvələri ölkəyə məxsus F-16 qırıcı təyyarələrindən birinin döyüş tapşırığı zamanı itirildiyini açıqlayıb.

Qurumun yaydığı məlumata görə, hadisə iyulun 29-da baş verib. Bildirilir ki, pilot cəbhə xəttində hava hədəflərinin qarşısının alınması üzrə tapşırıq yerinə yetirərkən təyyarə ilə əlaqə kəsilib.

İlkin məlumata əsasən, uçuş zamanı təyyarənin göyərtəsində fövqəladə vəziyyət yaranıb. Nəticədə pilot katapult edərək təyyarəni tərk etməyə məcbur olub.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, pilot sağ qalıb, təhlükəsiz əraziyə təxliyə edilib və tibbi müayinə üçün müalicə müəssisəsinə çatdırılıb.

Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırma aparılır. Ukrayna tərəfi qırıcının hansı şəraitdə itirildiyi barədə əlavə məlumat açıqlamayıb.:::

Geri dön