Ana Sayfa > İdman > Konfrans Liqası:
Konfrans Liqası:Bu gün, 10:25. Yazar: Subhan |
![]() Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Neftçi” bu gün II təsnifat mərhələsində cavab oyununa çıxacaq. aia.az xəbər verir ki, Bakı klubu Belarusun “Dinamo” (Minsk) komandasının qonağı olacaq. Bolqarıstanın Stara Zaqora şəhərində yerləşən “Beroe” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Matçı Şimali İrlandiyadan olan hakimlər briqadası idarə edəcək. İlk matç rəqibin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. aia.az Geri dön |