Ana Sayfa > Dünya > Fransada havanın temperaturu rekord həddə çatdı

Fransada havanın temperaturu rekord həddə çatdı


Dünən, 21:35. Yazar: vasif
Fransada havanın temperaturu rekord həddə çatdı


Avropanı isti hava dalğası bürüyüb.

“aia.az” xəbər verir ki, bu haqda “Meteonovosti” xəbər agentliyinin aparıcı mütəxəssisi Tatyana Pozdnyakovanın teleqram kanalında məlumat verib.

Bildirilib ki, İspaniyada temperatur 41°C-yə çatıb.

Ən yüksək temperatur İspaniyanın Toledo şəhərində qeydə alınıb. Fransanın Bordo şəhərində hava temperaturu rekord həddə – 37,1°C-yə yüksəlib (bu, 1921-ci ildə qeydə alınmış 35,8°C-lik əvvəlki rekordu üstələyib). Bununla belə, həmin bölgədə yüksək temperaturlar tez-tez meşə yanğınları ilə müşayiət olunur. Yaxın günlərdə Fransada istilərin bir qədər azalacağı gözlənilir, lakin hələlik yağıntı proqnozlaşdırılmır.
Geri dön