Ana Sayfa > Karusel / Ölkə > Heyvan dişləməsində ən təhlükəli nahiyələr açıqlandı -

Heyvan dişləməsində ən təhlükəli nahiyələr açıqlandı -


Bu gün, 16:43. Yazar: Subhan
Heyvan dişləməsində ən təhlükəli nahiyələr açıqlandı -

Heyvan dişləmələri zamanı bədənin bəzi nahiyələri digərlərinə nisbətən daha yüksək risk daşıyır.

aia.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Aytəkin Qurbanova deyib.

O bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının təsnifatına əsasən, dişləmə nahiyələri təhlükəli və təhlükəsiz lokalizasiyalara bölünür.

"Təhlükəli nahiyələrə baş, boyun, bədənin yuxarı hissəsi və yuxarı ətraflar daxildir. Aşağı ətraflar və bədənin aşağı hissəsi isə nisbətən təhlükəsiz hesab olunur", - deyə o bildirib.

Mütəxəssis əlavə edib ki, uşaqlarda isə zədənin bədənin hansı hissəsində yerləşməsindən asılı olmayaraq, bütün dişləmələr yüksək riskli hesab edilir. Bunun səbəbi quduzluq virusunun mərkəzi sinir sistemini zədələməsi və uşaqlarda bu sistemə məsafənin daha yaxın olmasıdır.

aia.az
Geri dön