Ana Sayfa > Ölkə > Son 6 ayda 23 min 293 heyvan dişləməsi qeydə alınıb
Son 6 ayda 23 min 293 heyvan dişləməsi qeydə alınıbBu gün, 15:35. Yazar: Subhan |
![]() Cari ilin ilk 6 ayı ərzində 23 min 293 heyvan dişləməsi qeydə alınıb. aia.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Aytəkin Qurbanova deyib. Onun sözlərinə görə, qeydə alınan hadisələrin 80-85 faizini it, pişik və sıçovulların törətdiyi xəsarətlər təşkil edir: "Belə ki, məlum it və pişiklər tərəfindən 11 min 670, naməlum it, pişik və sıçovullar tərəfindən isə 11 min 108 dişləmə, cırmaqlanma və tüpürcəklənmə hadisəsi qeydə alınıb. Qalan 10-15 faiz isə canavar, çaqqal, tülkü, kirpi, at, inək və digər heyvanların törətdiyi xəsarətlərin payına düşür". A. Qurbanova bildirib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk 6 ayında heyvan dişləməsi hallarında 1 058 nəfər artım qeydə alınıb. Belə ki, ötən ilin eyni dövründə 22 min 235 hadisə qeydə alınmışdı. Şöbə müdiri əlavə edib ki, heyvan dişləməsinə məruz qalmış bütün şəxslər tibb müəssisələri tərəfindən antirabik vaksinasiyaya cəlb olunub və proses tam nəzarətdə saxlanılır. aia.az Geri dön |