Ana Sayfa > Şou-biznes > "Yerli məhsullar zibilə atılır, xaricdən gətirilənlər isə satılır"

"Yerli məhsullar zibilə atılır, xaricdən gətirilənlər isə satılır"


Bu gün, 15:19. Yazar: Subhan
"Yerli məhsullar zibilə atılır, xaricdən gətirilənlər isə satılır"

Müğənni Nura Suri meyvələrin baha olmasından şikayətlənib.

aia.az xəbər verir ki, sənətçi meyvə-tərəvəzin ucuz qiymətə satılmaması və zibilə atılması ilə bağlı fikirlərini bölüşüb. O, bunun səbəbini bazara nəzarət və rəqabətin olmaması ilə əlaqələndirib:

"Ucuz qiymətə satmayıb zibilə atanlar bunu çarəsizlikdən edirlər. Çünki bazara nəzarət var. Ucuz qiymətə satmağa icazə vermirlər. Rəqabət yaranır, bazarda yer götürmək isə hamı üçün mümkün olmur. Yerli, dərmansız məhsullar zibilə atılır, amma marketlərə və bazarlara çıxarılmır. İrandan və Türkiyədən gətirilən dərmanlı məhsullar isə problemsiz şəkildə marketlərə və bazarlara çıxarılır. Əsl monopoliyadır".

Müğənni yerli məhsulların əvəzinə xaricdən gətirilən məhsullara üstünlük verilməsini də tənqid edib:

"Öz ölkəmizdə yetişən məhsulları niyə xaricdən alırıq, bunu hələ də başa düşmürəm. Çox sualım var, hətta bəzi cavablarım da. Amma yazsam, yenə özümə düşmən qazanacağam, pis adam mən olacağam. Sonra da bir də gördünüz, məni dəli elan edib psixiatriya xəstəxanasına göndərdilər".

aia.az
Geri dön