Ana Sayfa > Gündəm / Aia TV / Karusel > Ramin Musayev həbs edilib? - Yenilənib
Ramin Musayev həbs edilib? - Yenilənib6-10-2015, 14:34. Yazar: admin |
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev həbs edilib Musayev həbs edilərək, Abşeron Rayon Polis İdarəsinə aparılıb. Bu barədə məlumatı Komanda.az-a AFFA-dakı mənbə verib. PFL prezidenti bir neçə ay əvvəl həbs olunub. Musayevi polis idarəsində 7 saata yaxın saxlayıblar. Ona 296-cı maddəyə əsasən (bilə-bilə yalan xəbərçilik etmə) ittihamı irəli sürüblər. Mənbə Musayevin həbsinin detalları ilə bağlı əlavə məlumat verəcəyini bildirib. Komanda.az məsələylə bağlı PFL prezidentinin də mövqeyini öyrənib. Musayev Abşeron Rayon Polis İdarəsində olduğunu təsdiqləyib. Ancaq o, polis idarəsinə başqa bir şəxsin işiylə bağlı getdiyini bildirib: “Bəli, bir nəfərin işiylə bağlı polis bölməsində olmuşam. Öz işimlə bağlı deyildi. Polislər sağ olsun, heç bir problem yoxdu. Məsələ həll olunub”. Geri dön |