Ana Sayfa > Özəl > SEPAH Hörmüz boğazı və ABŞ bazası ilə bağlı əməliyyatlar həyata keçirdiyini iddia edib

SEPAH Hörmüz boğazı və ABŞ bazası ilə bağlı əməliyyatlar həyata keçirdiyini iddia edib


Bu gün, 18:43. Yazar: vasif
SEPAH Hörmüz boğazı və ABŞ bazası ilə bağlı əməliyyatlar həyata keçirdiyini iddia edib



İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında üç neft tankerinə qarşı əməliyyat keçirdiyini açıqlayıb. Qurumun yaydığı bəyanatda bildirilir ki, tankerlər xəbərdarlıqlara baxmayaraq müəyyən edilən marşrut üzrə hərəkətlərini davam etdirdikləri üçün saxlanılıblar.
SEPAH bəyan edib ki, ABŞ tərəfindən verilən təlimatlara uyğun şəkildə Hörmüz boğazından hərəkət edən gəmilərə qarşı tədbirlərin davam etdirilə biləcəyi barədə xəbərdarlıq edib. Bəyanatda bu addımların İranın təhlükəsizlik maraqlarının qorunması məqsədi daşıdığı vurğulanır.
Qurum eyni zamanda İordaniyada yerləşən ABŞ hərbi obyektinə raket zərbəsi endirildiyini iddia edərək məsuliyyəti üzərinə götürüb. SEPAH-ın açıqlamasına görə, hücum ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) obyektlərini hədəf alıb.
Bəyanatda qeyd olunur ki, İranın təhlükəsizlik maraqlarına qarşı təhdidlərin və ABŞ qüvvələrinin bölgədəki fəaliyyətinin davam edəcəyi təqdirdə analoji addımların da davam etdirilə biləcəyi bildirilir.
Qeyd edək ki, bu məlumatlar SEPAH-ın rəsmi bəyanatına əsaslanır. ABŞ tərəfi açıqlanan iddialarla bağlı hələlik rəsmi münasibət bildirməyib və məlumatlar müstəqil mənbələr tərəfindən tam təsdiqlənməyib.
Geri dön