Ana Sayfa > Dünya > ABŞ-də Milli Kəşfiyyatın direktoru o oldu

ABŞ-də Milli Kəşfiyyatın direktoru o oldu


Bu gün, 12:14. Yazar: Subhan
ABŞ-də Milli Kəşfiyyatın direktoru o oldu

ABŞ Senatı Cey Kleytonun Milli Kəşfiyyat direktoru vəzifəsinə namizədliyini təsdiqləyib.

aia.az xəbər verir ki, "The Guardian"a istinadən xəbər verilir ki, senatda keçirilən səsvermədə Kleytonun namizədliyi 51 senator tərəfindən dəstəklənib, 47 senator isə əleyhinə səs verib. Səsvermə əsasən partiya xətti üzrə keçib. Bütün respublikaçı senatorlar Kleytonu dəstəkləyib, demokratlar isə onun namizədliyinə qarşı çıxıblar.

Beləliklə, ABŞ Prezidenti Donald Tramp ölkənin kəşfiyyat aparatına rəhbərlik edən əsas vəzifələrdən birinə daha bir yaxın müttəfiqini təyin etmiş olub.

Hazırda Nyu-Yorkun Cənub Dairəsi üzrə ABŞ prokuroru vəzifəsində çalışan Cey Kleyton bu ilin iyun ayından Milli Kəşfiyyat direktorunun səlahiyyətlərini müvəqqəti icra edən Bill Pulteni əvəz edəcək.

Qeyd edək ki, Kleyton Donald Trampın ilk prezidentliyi dövründə ABŞ-nin Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) rəhbərlik edib. Trampın ilk Milli Kəşfiyyat direktoru Tulsi Qabbard isə bu ilin əvvəlində vəzifəsindən istefa verib.

aia.az
Geri dön