Ana Sayfa > Dünya > İran Ukraynaya qarşı hərbi cavab hazırlayır

İran Ukraynaya qarşı hərbi cavab hazırlayır


Dünən, 22:22. Yazar: vasif
İran Ukraynaya qarşı hərbi cavab hazırlayır


"İran Xəzər dənizində ticarət gəmisinə edilən hücuma görə Ukraynaya hərbi şəkildə mütləq cavab verəcək."
aia.az xəbər verir ki, bunu İslam Respublikası parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Feda-Hüseyn Maleki bildirib.

"Biz diplomatik kanallar vasitəsilə cavab verdik, ultimatum irəli sürdük, lakin hərbi cavab şübhəsiz ki, ardınca gələcək", – deyə iranlı deputat əmin edib.

Maleki vurğulayıb kiç İranın Silahlı Qüvvələri artıq Ukraynaya qarşı hərbi cavab hazırlayır.

Daha əvvəl İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi bildirib ki, Qərb Ukraynanın Xəzər dənizindəki İrana məxsus ticarət gəmisinə hücumundan sonra Ukrayna Prezidenti Valadimir Zelenskiyə daha yaxşı nəzarət etməlidir.

İyulun 25-də Ukraynanın İslam Respublikasının ticarət gəmisinə zərbə endirdiyi iddia edilib. Bundan sonra partlayış baş verib. Nəticədə ikibaj üzvlərindən biri hücumun qurbanı olub, digəri isə yaralanıb.
Geri dön