Ana Sayfa > Özəl > İran və Oman Hörmüz boğazında gəmi hərəkətinin bərpasını müzakirə edirlər
İran və Oman Hörmüz boğazında gəmi hərəkətinin bərpasını müzakirə edirlərDünən, 21:00. Yazar: vasif |
![]() Bloomberg nəşrinin yaydığı məlumata görə, İran və Oman Hörmüz boğazında gəmi hərəkətinin təhlükəsiz şəkildə bərpası ilə bağlı danışıqları davam etdirirlər. Bildirilir ki, tərəflər ötən həftə Tehranda keçirilən görüşdən sonra müzakirələri növbəti mərhələyə keçiriblər. Mənbələrin iddiasına görə, müzakirə olunan variantlardan biri Hörmüz boğazında "orta dəhliz" kimi tanınan marşrutun yenidən istifadəyə verilməsidir. Nəşr yazır ki, bu marşrutun təhlükəsiz istismarı üçün əvvəlcə ərazidə mina təmizləmə işlərinin aparılması zəruri hesab olunur. Bloomberg bildirir ki, Böyük Britaniya, Fransa və bəzi digər Avropa ölkələri təhlükəsizlik şəraiti imkan verəcəyi təqdirdə mina təmizləmə əməliyyatlarına dəstək verməyə hazır olduqlarını ifadə ediblər. Axios nəşrinin məlumatına əsasən isə danışıqlarda əsas rol İran və Oman nümayəndələrinə məxsusdur. Məlumatda həmçinin Qətər, Pakistan və Misirin nümayəndələrinin, eləcə də ABŞ prezidentinin xüsusi elçiləri Stiv Uitkof və Cared Kuşnerin prosesdə iştirak etdiyi qeyd olunur. Qeyd edək ki, danışıqlarla bağlı yayılan məlumatlar Bloomberg və Axios nəşrlərinin mənbələrinə əsaslanır. Tərəflər irəli sürülən təkliflər və mümkün razılaşmalar barədə hələlik rəsmi açıqlama verməyiblər. Geri dön |