Ana Sayfa > Dünya > Aşıq Azər Xanlaroğlu əməliyyat olunub
Aşıq Azər Xanlaroğlu əməliyyat olunub31-03-2017, 13:21. Yazar: admin |
Uzun müddətdir ki, ağır xəstəlikdən əziyyət çəkən aşıq Azər Xanlaroğlu əməliyyat olunub. Bu barədə AzVision.az-a A.Xanlaroğlu özü məlumat verib. Bildirib ki, hazırda Türkiyədə özəl xəstəxanalardan birində müalicə alır. “İki gün bundan əvvəl ayağımdan əməliyyat olundum. Ayağımda damarların genişlənməsi var idi. Bu da fil xəsətliyini yaradırdı. İndi özümü yaxşı hiss edirəm. Hələ iki ay Türkiyədə müalicəmi davam etdirəcəyəm. İki aydan sonra vəziyyətə uyğun olaraq vətənə qayıtmağı düşünürəm”. Qeyd edək ki, Azər Xanlaroğlu “hepatit C” virusundan və damar genişlənməsindən əziyyət çəkir. AİA.az Geri dön |