Ana Sayfa > Ölkə > Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?Dünən, 22:44. Yazar: vasif |
![]() Məlum olduğu kimi, Xəzərin Bakı sahilində ictimai çimərliklərin sayı çox az saydadır. Bəzi çimərliklər var ki, girişi pulsuz olsa da, ora qida və içki ilə daxil olmaq qadağandır. Hər hansı xəbərdaredici löhvələr qoyulmayıb, ancaq şifahi xəbərdarlıq edilir, yaxud elə qapıda yoxlama aparılır. Musavat.com-un araşdırmasına görə, bir neçə çimərlikdə bunun sırf təmizliyi qorumaq üçün atılan addım olduğu bildirilir. Lakin müşahidələr göstərir ki, çimərlik ərazisində kafe və restoranlar, hətta marketlər olduğu üçün təmizlik “əsaslandırması” o qədər də ağlabatan deyil. Bəlkə də məqsəd elə həmin iaşə obyektlərinin bizneslərinə “töhfə verməkdir”? Bəs bu qanunda bu qadağa barədə hər hansı müddəa varmı? Hüquqşünas Sahib Məmmədov Musavat.com-a şərhində bildirib ki, ictimai çimərlikdə tənzimləmələr olmalıdır. Onun sözlərinə görə, təhlükəsizlik və ictimai asayiş baxımından müəyyən qaydaların olması məqsədəuyğun olar: “Məsələn, sərxoş halda dənizə girmək ciddi təhlükə deməkdir. Bu baxımdan içki qəbulu ilə bağlı nəzarətin olması normaldır. Lakin çimərlik ərazisindəki iaşə obyektlərinin maraqlarının olmasını da gözardı etmək olmaz. Bu cür bəhanələrlə bu maraqlar qoruna bilər. Hesab edirəm ki, içki qadağan olunsa, daha yaxşı olar. Hər həftə bədbəxt hadisələr baş verir. İçkili halda insanların batma ehtimalı yüksəkdir. Eyni zamanda sanitar-gigiyenik qaydalara ciddi riayət olunmalı, cərimələr müəyyən edilməlidir. Ərzaq qalıqları, plastik tullantılar dənizə qarışır, sahil ərazisi çirklənir. Həm özəl, həm də ictimai çimərliklərdə qaydalar eyni olmalıdır və bu qaydalara ciddi şəkildə riayət edilməlidir”. Geri dön |