Ana Sayfa > İdman > İsfahan Həsənovun uğur yolu davam edir
İsfahan Həsənovun uğur yolu davam edirBu gün, 18:58. Yazar: azer |
![]() Gənclərimizin elm, mədəniyyət, idman və digər sahələrdə qazandıqları uğurlar hər birimizi sevindirir. Bu uğurlar ölkəmizin gələcəyinə olan inamı möhkəmləndirir və gənc nəslin potensialını bir daha nümayiş etdirir. Qaraçöplü perspektiv idmançı, yunan-Roma güləşçisi İsfahan Həsənovun son nailiyyəti də bu baxımdan xüsusi diqqətə layiqdir. İsfahan Həsənovun idman yolunu uşaq yaşlarından izləyənlər yaxşı bilirlər ki, onun əldə etdiyi nəticələr təsadüfi deyil. Zəhmət, intizam və məqsədyönlülük sayəsində o, ildən-ilə öz ustalığını artıraraq peşəkar idmançı kimi formalaşır. Keçmiş idmançı kimi onun inkişafını izləmək hər zaman qürur hissi doğurub və gələcəkdə böyük arenalarda ölkəmizi uğurla təmsil edəcəyinə inam yaradıb. ![]() Bu gün Bakıda keçirilən U-17 dünya çempionatında həmin inam özünü bir daha doğrultdu. 80 kq çəki dərəcəsində mübarizə aparan İsfahan Həsənov Polşa təmsilçisi Şimon Stanislav Treder üzərində son xal prinsipinə əsasən (1:1) qələbə qazanaraq yarışın 1/4 final mərhələsinə yüksəldi. Bu nəticə onun yüksək hazırlığının, döyüş əzminin və qalib ruhunun növbəti təsdiqidir. Azərbaycan idmanının gələcəyi məhz belə istedadlı və əzmkar gənclərin çiyinlərində qurulur. İsfahan Həsənovun qarşıdakı mərhələlərdə də uğurla çıxış edəcəyinə və gələcəkdə Olimpiya Oyunları kimi mötəbər yarışlarda üçrəngli bayrağımızı layiqincə təmsil edəcəyinə böyük ümidlər var. İsfahan Həsənovu qazandığı növbəti uğur münasibətilə təbrik edir, ona qarşıdakı görüşlərdə və gələcək idman karyerasında yeni-yeni qələbələr arzulayırıq. Arzuman Nəbiyev Sozcu.info Geri dön |