Ana Sayfa > İqtisadiyyat > SOCAR-ın 2026-cı ilin 2-ci rübünə dair qazma, hasilat, emal və ixrac göstəriciləri
SOCAR-ın 2026-cı ilin 2-ci rübünə dair qazma, hasilat, emal və ixrac göstəriciləriBu gün, 15:53. Yazar: azer |
![]() Cari ilin ikinci rübündə SOCAR tərəfindən həyata keçirilən qazma işləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,3% artaraq 24 min metr1 təşkil edib. Şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlardan 1,7 milyon ton2 neft, 1,8 milyard kubmetr3 qaz hasil olunub. Ölkə üzrə qaz hasilatı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 1% artaraq, 12,8 milyard kubmetr4 təşkil edib. Ümumilikdə, cari ilin ikinci rübündə Azərbaycanda 6,6 milyon tondan5 çox xam neft hasil olunub. Hesabat dövründə SOCAR tərəfindən xarici bazarlara 3,3 milyon tondan6 çox neft ixrac edilib. Buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir. Ölkə üzrə təbii qaz ixracı 6,3 milyard kubmetr7, istehlakı isə təqribən 2,5 milyard kubmetr8 təşkil edib. Təbii qaz ixracında 0,5 %, istehlakında isə 4,9 % artım qeydə alınıb. Cari ilin ikinci rübündə SOCAR tərəfindən 1,4 milyon tondan9 çox neft, 679 milyon kubmetr10 qaz emal edilib. SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 556,4 min ton11 neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib. Qeyd: Mətndə istifadə olunan rəqəmlər oxunaqlılıq məqsədilə yuvarlaqlaşdırılıb. Tam dəqiq rəqəmlər müvafiq olaraq, aşağıdakı istinadlarda göstərilib. 2026 1. 23.684 metr 2. 1.711.274 ton 3. 1.783.530.000 kubmetr 4. 12.813.077.000 kubmetr 5. 6.636.348 ton 6. 3,342,259 ton 7. 6.302.091.000 kubmetr 8. 2.472.209.000 kubmetr 9. 1.416.231 ton 10. 679.069.820 kubmetr 11. 556.386 ton Geri dön |