Ana Sayfa > Gündəm / Manşet > Azərbaycanda ən güclü külək 2007-ci ildə olub
Azərbaycanda ən güclü külək 2007-ci ildə olub31-03-2017, 12:18. Yazar: admin |
“Azərbaycanda ən güclü külək Bakıda və Abşeron yarımadasında 2007-ci il 24-25 fevral tarixlərində qeydə alınıb”. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumat a görə, iki gün davam edən şimal-qərb küləyinin maksimal sürəti 35-40 m/san təşkil edib: “Ölkə ərazisində əsən güclü külək aprelin 1-i səhər zəifləyəcək”. Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib ki, sabah səhər saatlarından şimal-qərb küləyinin tədricən mülayimləşməsi müşahidə olunacaq. “Hazırda ölkə ərazisində güclü şimal-qərb küləyi əsir. Axşama doğru və sabah səhər saatlarından şimal-qərb küləyinin tədricən mülayimləşməsi və günorta saatlarında şimal şərq küləyi ilə əvəz edilməsi gözlənilir”.(azvision) AİA.az Geri dön |