Ana Sayfa > Gündəm > Baş prokuror Nəsimi rayonunda vətəndaşları qəbul edəcək
Baş prokuror Nəsimi rayonunda vətəndaşları qəbul edəcəkBu gün, 10:53. Yazar: Subhan |
![]() Prezident İlham Əliyevin tapşırığı və tövsiyələrinə uyğun olaraq vətəndaş məmnunluğunun və hüquqlarının qorunmasının təmin edilməsi, həmçinin bu sahədə səmərəliliyin artırılması məqsədilə Baş prokuror Kamran Əliyev avqustun 4-də saat 10:00-da Nəsimi rayon prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan Nəsimi rayon sakinlərinin qəbulunu keçirəcək. Bu barədə aia.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Vətəndaşlar qəbulla bağlı Nəsimi rayon prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli və Bakı şəhər prokurorluğunun (012) 361-02-44 nömrəli telefonları, contact@prosecutor.gov.az elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər. aia.az Geri dön |