Ana Sayfa > Gündəm > İŞİD-çilər avstraliyalı uşağı edam etdilər - Atasından "intiqam" almaq üçün - FOTO
İŞİD-çilər avstraliyalı uşağı edam etdilər - Atasından "intiqam" almaq üçün - FOTO31-03-2017, 11:41. Yazar: admin |
İŞİD-çilər avstraliyalı uşağı atasından intiqam almaq üçün edam ediblər. Milli.Az "Mirror"a istinadla bildirir ki, avstraliyalı uşaq atası döyüş bölgəsindən qaçdığına görə İŞİD-çilər tərəfindən edam edilib. Ata Suriya və İraqdakı döyüşlərdən qaçmaq üçün avstraliyalı rəsmilərlə əlaqə yaratdıqdan sonra terrorçular ondan intiqam almaq üçün oğlunu edam etməklə cəzalandırıblar. "Daily Telegraph"ın xəbərinə görə, Baş prokuror George Brandisin sözcüsü ailəsini İraq və Suriyadakı döyüş bölgələrinə aparan valideynləri ciddi şəkildə qınayıb. O, açıqlamasında deyib: "Sözügedən ərazilərə gedən şəxslər həm özlərini, həm də ailə üzvlərini təhlükəyə atırlar". O bildirib ki, İŞİD-çilər həmin ərazilərdə döyüşmək üçün gələnlərin pasportlarını əllərindən alsalar da, oradan qaçıb Avstraliyaya gələnlərin sayında artım var. Qeyd edək ki, Avstraliya terrorla mübarizə aparmaq üçün Amerika ilə əməkdaşlıq edir. AİA.az Geri dön |