Ana Sayfa > Ölkə > Külək güclənəcək - Xəbərdarlıq

Külək güclənəcək - Xəbərdarlıq


Bu gün, 13:34. Yazar: vasif
Külək güclənəcək - Xəbərdarlıq


Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib.

“aia.az” xəbər verir ki, bu haqda Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Xidmət iyulun 27-28-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Naxçıvan MR, Gədəbəy, Göygöl, Şəmkir, Samux, Yevlax, Bərdə, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Laçın, Kəlbəcər, Quba, Siyəzən, Xızı, Altıağac, İmişli, Şirvan, Beyləqan, Saatlı, Sabirabad, Salyan, Biləsuvar, Cəlilabad, Masallı, Lerik, Yardımlı, Lənkəran, Astarada sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Ağstafa, Qazax, Tovuz, Gəncə, Daşkəsən, Goranboy, Qobustan, Neftçala, Hacıqabul, Naftalan, Xaçmaz, Qusar, Şabranda isə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.
Geri dön