Ana Sayfa > Ölkə > Şəkidə maşın piyadaları vurdu - 1 ölü, 1 yaralı
Şəkidə maşın piyadaları vurdu - 1 ölü, 1 yaralıBu gün, 09:30. Yazar: vasif |
![]() Şəkidə piyada ölümü ilə nəticələnən qəza baş verib. “aia.az”ın məlumatına görə, hadisə ötən gün saat 22 radələrində olub. Belə ki, Fərhad Qürbətli idarə etdiyi “Mercedes” markalı avtomobillə Şəki rayonunun Baş Göynük kəndi ərazisində hərəkətdə olarkən piyadalar, 24 yaşlı Mahir Teyibov və 28 yaşlı Şahin Tahirovu vurub. Nəticədə M. Teyibov aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər piyada isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır. Geri dön |