Ana Sayfa > Ölkə > "Xoşbəxt ürək sindromu" – toy günü nadir xəstəliyi aşkara çıxardı
"Xoşbəxt ürək sindromu" – toy günü nadir xəstəliyi aşkara çıxardıBu gün, 09:06. Yazar: vasif |
![]() Qızının toyundan bir neçə gün sonra sinəsində güclü ağrı və nəfəs darlığı hiss edən qadın xəstəxanaya yerləşdirilib. aia.az xəbər verir ki, bu barədə Gizmodo məlumat yayıb. Həkimlər əvvəlcə qadında infarktdan şübhələnsələr də, müayinələr zamanı ürək damarlarında tutulma aşkar edilməyib. Daha sonra ona güclü emosiyalar nəticəsində yaranan nadir ürək xəstəliyi – takotsubo kardiomiopatiyası diaqnozu qoyulub. Bu sindrom adətən ağır psixoloji sarsıntılardan sonra meydana gəldiyi üçün "qırıq ürək sindromu" adlanır. Lakin bu hadisədə xəstəliyə səbəb mənfi deyil, həddindən artıq müsbət emosiyalar olub. Belə hallarda buna "xoşbəxt ürək sindromu" deyilir. Tədqiqatçıların məlumatına görə, bu cür hallar takotsubo diaqnozlarının cəmi təxminən 4 faizini təşkil edir. Sindroma ən çox toy, övladın dünyaya gəlməsi və ya böyük uduş kimi sevindirici hadisələr səbəb olur. Xəstəlik əksər hallarda tam sağalır. Lakin vaxtında tibbi yardım göstərilməzsə, həyati təhlükə yarada bilər. Həkimlərin sözlərinə görə, qadın tam sağalıb və yeni xoş hadisələri səbirsizliklə gözləyir. Geri dön |