Ana Sayfa > Gündəm / Manşet > Trampın Bakıdakı layihəsi ilə bağlı ŞOK İDDİA
Trampın Bakıdakı layihəsi ilə bağlı ŞOK İDDİA31-03-2017, 11:30. Yazar: admin |
ABŞ-ın yüksək vəzifəli demokrat senatorları prezident Donald Trampın şirkəti ilə Azərbaycandan olan oliqarxın şirkəti arasındakı əlaqələrin araşdırılmasını tələb ediblər. AİA.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə İnterfax agentliyi qərb KİV-nə istinadən məlumat yayıb. Senatorların fikrincə, həmin oliqarxın İranın İslam İnqilabı Keşikçiləri Korpusu ilə də əlaqələri var. Senatorların bildirdiklərinə görə, onlar ABŞ-ın Maliyyə naziri Stiven Mnuçin, Ədliyyə naziri Ceff Seşns və Federal Araşdırma Bürosunun direktoruna bununla bağlı məktub yollayıblar. Məktubda Trampın şirkətinin antikorrupsiya qanunlarını pozması ilə bağlı narahatlıqlarını ifadə ediblər. Qərb KİV-nin yazdıqlarına görə, 2014-cü ildə Tramp Bakıda otel tikintisi ilə bağlı elan vermişdi. Bu layihədə partnyoru isə eks-nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov olub. Layihədə məqsəd isə İslam İnqilabı Keşikçiləri Korpusu ilə bağlantısı olan çirkli pulların yuyulması olub. Məktubda o da qeyd olunur ki, Trump Organization Baku Tower-lə olan razılaşmadan çıxsa da, bu, Trampın şirkətini məsuliyyətdən yayındıra bilməz. Eyni zamanda, Trump Organization-nın vəkili bildirib ki, layihə onlara məxsus deyil, heç kimə pul verməyiblər. Buna görə də, ABŞ qanunvericiliyini pozmaqdan söhbət gedə bilməz. AİA.az Geri dön |