Ana Sayfa > Ölkə > Polkovnik-leytenant vəfat etdi
Polkovnik-leytenant vəfat etdiBu gün, 10:38. Yazar: vasif |
![]() Daxili Qoşunların sıralarında xidmət yolu keçmiş, müharibə veteranı, ehtiyatda olan polkovnik-leytenant Soltan Mahmudov Gəncə şəhərində vəfat edib. aia.az xəbər verir ki, bu barədə "Qarabağ Qaziləri" Birliyindən bildirilib. Soltan Mahmudov Daxili Qoşunlarda müxtəlif məsul vəzifələrdə, o cümlədən hərbi hissə komandirinin texniki hissə üzrə müavini kimi xidmət edib. Mərhumla vida mərasimi 25 iyul tarixində Gəncə şəhərində keçiriləcək. Allah rəhmət eləsin. Geri dön |