Ana Sayfa > Manşet / Özəl > Tanınmış jurnalistin oğlu Böyük Britaniyanın nüfuzlu universitetində təhsil alacaq

Tanınmış jurnalistin oğlu Böyük Britaniyanın nüfuzlu universitetində təhsil alacaq


Dünən, 23:17. Yazar: azer
Tanınmış jurnalistin oğlu Böyük Britaniyanın nüfuzlu universitetində təhsil alacaq

Tanınmış jurnalistin oğlu Böyük Britaniyanın nüfuzlu universitetində təhsil alacaq
Tanınmış jurnalist Arzuman Loğmanoğlunun oğlu Nicat Nəbizadə Böyük Britaniyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Birmingem Universitetinə qəbul olunub.

aia.az xəbər verir ki, bu barədə jurnalist sosial şəbəkə hesabında paylaşım edib.

Arzuman Loğmanoğlunun sözlərinə görə, Nicat Nəbiyev Azərbaycan Respublikasının Dövlət Proqramı çərçivəsində Birmingem Universitetində kibertəhlükəsizlik ixtisası üzrə magistr təhsili almaq hüququ qazanıb. Onun təhsil xərcləri dövlət tərəfindən qarşılanacaq.


Jurnalist paylaşımında bunları qeyd edib:

"Bu gün həyatımın ən qürurlu və ən xoşbəxt günlərindən biridir. Aylarla, bəlkə də illərlə həyəcanla gözlədiyimiz sevindirici xəbər gəldi. Oğlum Azərbaycan Respublikasının Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın Birmingem Universitetində kibertəhlükəsizlik ixtisası üzrə təhsil almaq hüququ qazandı.

Bu uğur onun əzminin, zəhmətinin və məqsədyönlülüyünün bəhrəsidir. Bir valideyn üçün övladının zəhmətinin bəhrəsini görməkdən böyük sevinc yoxdur. Bu imkanı yaradan Azərbaycan Respublikasının Dövlət Proqramına və bu yolda əməyi keçən hər kəsə dərin təşəkkürümü bildirirəm."
Geri dön