Ana Sayfa > Siyasət > YAP Qusar rayon təşkilatında partiyanın sosial şəbəkə fəalları ilə görüş keçirilib

YAP Qusar rayon təşkilatında partiyanın sosial şəbəkə fəalları ilə görüş keçirilib


Bu gün, 16:35. Yazar: azer
YAP Qusar rayon təşkilatında partiyanın sosial şəbəkə fəalları ilə görüş keçirilib

Görüşdə YAP Qusar rayon təşkilatının sədri Kamran Əmirov partiya üzvlərin ictimai-siyasi həyatda fəal iştirakı, həyata keçirdiyi layihələrdə rolu, eləcə də gələcək fəaliyyət istiqamətləri ətrafında fikirlərini ifadə edib.

Bildirilib ki, YAP Qusar rayon təşkilatı altı mindən artıq üzvü öz sıralarında birləşdirən nüfuzlu siyasi təşkilatlardan biridir. Təşkilatın işində fəalların rolu xüsusi əhəmiyyət kəsb edir. Onların təşəbbüskarlığı və ictimai-siyasi proseslərdə yaxından iştirakı partiyanın həyata keçirdiyi işlərə mühüm töhfə verir.
Səmimi ortamda keçən görüşdə pariyanın sosial şəbəkə fəallarının təklif və fikirləri dinlənilib, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb. Sonda bu cür görüşlərin qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi, ictimai fəallığının daha da artırılması baxımından əhəmiyyəti vurğulanıb.
Geri dön