Ana Sayfa > Özəl > Rusiyada hərbi təyinatlı zavoda raket hücumu edildiyi bildirilir
Rusiyada hərbi təyinatlı zavoda raket hücumu edildiyi bildirilirBu gün, 11:30. Yazar: vasif |
![]() Rusiyanın Kirov şəhərində yerləşən hərbi-sənaye müəssisələrindən biri olan AVITEK maşınqayırma zavoduna raket hücumu edildiyi və hadisədən sonra ərazidə yanğın baş verdiyi bildirilir. Yayılan məlumatlara görə, hücum zamanı FP-5 "Flamingo" raketindən istifadə olunub. İddialara əsasən, hədəf Rusiyanın Almaz-Antey konserninin tərkibinə daxil olan AVITEK zavodu olub. Məlumatlarda qeyd edilir ki, müəssisə Tor hava hücumundan müdafiə sistemləri üçün raketlərin istehsalında, eləcə də X-101 və X-59M2/X-59M2A qanadlı raketləri üçün komponentlərin hazırlanmasında iştirak edir. Həmçinin zavodun Su-34 və Su-57 döyüş təyyarələri üçün K-36DM katapult oturacaqlarının istehsalı və modernləşdirilməsi ilə məşğul olduğu bildirilir. Məlumata görə, Kirovdakı müəssisə Ukrayna sərhədindən təxminən 1100 kilometr məsafədə yerləşir. Bu baxımdan hücumun uzaq məsafədən həyata keçirildiyi iddia olunur. Hadisə ilə bağlı Rusiya Müdafiə Nazirliyi və digər rəsmi qurumlar hələlik açıqlama verməyib. Hücumun nəticələri və dəymiş zərər barədə yayılan məlumatlar isə müstəqil mənbələr tərəfindən təsdiqlənməyib. Geri dön |