Ana Sayfa > Özəl > Böyük Britaniya mümkün təhdidlər fonunda müdafiə hazırlığını bəyan edib

Böyük Britaniya mümkün təhdidlər fonunda müdafiə hazırlığını bəyan edib


Bu gün, 18:13. Yazar: vasif
Böyük Britaniya mümkün təhdidlər fonunda müdafiə hazırlığını bəyan edib



Böyük Britaniya hökuməti İranın İngiltərədə yerləşən ABŞ-ın Fairford Hərbi Hava Qüvvələri bazası ilə bağlı səsləndirdiyi təhdidlərdən sonra ölkənin silahlı qüvvələrinin müdafiə tapşırıqlarını yerinə yetirməyə hazır olduğunu açıqlayıb.
Hökumət sözçüsü bildirib ki, Böyük Britaniya Silahlı Qüvvələri ölkənin təhlükəsizliyini təmin etmək və xaricdən gələn mümkün təhdidlərə qarşı cavab vermək iqtidarındadır.
Bundan əvvəl İran tərəfi ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarında istifadə oluna biləcək bazaların "qanuni hədəf" hesab ediləcəyini bəyan etmişdi. İranın Tasnim xəbər agentliyinin yaydığı məlumata görə, SEPAH ABŞ-ın Fairford bazasında B-1 strateji bombardmançı təyyarələrindən istifadə etdiyini iddia edib.
Eyni zamanda, Axios nəşri ABŞ ordusunun B-1 strateji bombardmançı təyyarələrindən istifadə edərək İranda SEPAH-a aid hədəflərə zərbələr endirdiyini yazıb. Bu məlumatlar müvafiq mənbələrin açıqlamalarına əsaslanır.
Qeyd edək ki, İngiltərənin cənub-qərbində yerləşən Fairford Hərbi Hava Qüvvələri bazası ABŞ Hərbi Hava Qüvvələrinin Avropadakı mühüm strateji obyektlərindən biri hesab olunur və müxtəlif beynəlxalq əməliyyatlarda ön yerləşdirmə bazası kimi istifadə edilir.
Geri dön