Ana Sayfa > Özəl > YAP Qusar rayon təşkilatı ərazi partiya təşkilatlarının hesabat seçki yığıncaqları davam edir
YAP Qusar rayon təşkilatı ərazi partiya təşkilatlarının hesabat seçki yığıncaqları davam edirBu gün, 09:48. Yazar: azer |
![]() YAP Qusar rayon təşkilatının L.Əhməd 47 (Qusar Mərkəzləşdirilmiş Kitabxana Sistemi) ünvanında yerləşən ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. aia.az xəbər verir ki, yığıncaqda YAP Qusar rayon təşkilatının sədr müavini Neva Abdurahmanova çıxış edərək vurğulayıb ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin Sədrliyi ilə uğurlu fəaliyyətini davam etdirən Yeni Azərbaycan Partiyası ötən 30 ildə tarixi əhəmiyyətli uğurlara imza atıb: “Partiya tarixin ciddi sınaqlarından çıxaraq bu illər ərzində inkişaf edib, möhkəmlənib, ildən-ilə öz sıralarını genişləndirərək xalqın partiyasına çevrilib. Bu gün böyük inamla qeyd edirik ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu olan ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz dayanıqlı iqtisadi inkişafı ilə dünyanın diqqətindədir. Hazırda ölkəmizin həyatında yeni dövrün başlanğıcı kimi dəyərləndirilən işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri Azərbaycanın malik olduğu iqtisadi və maliyyə imkanlarının təqdimatında əhəmiyyətli rol oynayır”. İclasın işində çıxışlar dinlənilib, açıq səsvermə yolu ilə ərazi partiya təşkilatının sədr vəzifəsinə Qusar Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor vəzifəsini müvəqqəti icra edən Gültəkin Pənahova, sədr müavini vəzifəsinə isə kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbənin sistem inzibatçısı Şəfiqə Zeynalova seçilib. N.Abdurahmanova yeni seçilən sədr və müavini təbrik edib, işlərində uğurlar arzulayıb. Geri dön |