Ana Sayfa > Özəl > Ərazi partiya təşkilatlarlnda yığıncaqlar davam edir
Ərazi partiya təşkilatlarlnda yığıncaqlar davam edirBu gün, 16:57. Yazar: azer |
![]() Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının Urva kənd ərazi partiya təşkilatında növbəti hesabat-seçki yığıncağı keçirilib. Yığıncağı YAP Qusar rayon təşkilatının məsləhətçisi Bəhruz Ramazanov açaraq Yeni Azərbaycan Partiyasının fəaliyyəti, qarşıda duran vəzifələr və ərazi partiya təşkilatlarının partiyanın yerli səviyyədə fəaliyyətinin gücləndirilməsində mühüm rolu barədə ətraflı məlumat verib. Daha sonra gündəlikdə duran təşkilatı məsələlərə baxılıb. İclasın işində çıxışlar dinlənilib, açıq səsvermə yolu ilə ərazi partiya təşkilatının sədr vəzifəsinə Qusar RİHB-nın Urva kənd İƏD-si üzrə Nümayəndəsi Əskərov Zeynal Şixrəhim oğlu, sədr müavini vəzifəsinə isə Qusar RİHB-nın Urva kənd İƏD nümayəndəliyin baş məsləhətçisi Ağayev Anar Yanvar oğlu seçilib. Geri dön |